AZAL "özünüreklam" üçün saytlara nə qədər pul verir? – MƏBLƏĞ

22-04-2022, 18:55           
AZAL "özünüreklam" üçün saytlara nə qədər pul verir? – MƏBLƏĞ
“Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqələrini qalibləri məlum olub.
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqələrinin qalibləri “Day.az” MMC və “Trend Analitik İnformasiya Agentliyi” MMC olub.
Müsabiqənin şərtinə görə “Day.az” MMC-yə məxsus “milli.az” və “day.az” internet saytlarında 11 ay ərzində AZAL-ın reklamları yerləşdiriləcək. Reklam formatındakı məlumat sayt yüklənəndən əvvəl 8-10 saniyə ərzində kompyuterin ekranında yer almalıdır. AZAL bu xidmətin qarşılığında “milli.az” və “day.az” saytlarına 43 min 591 manat 12 qəpik ödəyəcək.
“Trend Analitik İnformasiya Agentliyi” MMC-yə məxsus “trend.az” internet saytında isə AZAL-a məxsus press relizlər 11 ay ərzində yayımlanacaq və sosial şəbəkələrdə paylaşılacaq. Bu xidmətlər üçün də AZAL “trend.az” saytına isə 28 min 966 manat 95 qəpik ödəyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru