Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO

23-04-2022, 09:18           
Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər - VİDEO
Bəzi şəxslərin pensiyalarının hesablanması qaydasında dəyişikliklər olacaq.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən son dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında yeniliklər nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, yeni qaydalara əsasən, işləyən, amma pensiya yaşı tamam olan vətəndaşların 6 ildən bir pensiya kapitalına uyğun olaraq pensiya məbləğləri avtomatik olaraq artırılacaq. Pensiyalar hesablanarkən hər hansı bir sənəd toplamağa da ehtiyac olmayacaq. Proses elektron qaydada həyata keçiriləcək.

Vüqar Bayramov bildirib ki, yeni mexanizm 7 minə yaxın şəxsi əhatə edəcək. Yeni qaydalardan sonra pensiya katpitalından asılı olaraq pensiyaların məbləği 50 faizə qədər arta bilər.

Millət vəkili onu da əlavə edib ki, dəyişikliklər Milli Məclisin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru