"Baytarlıq orqanları ətlərin ekspertizasını aparmır!" - Təhlükə
8-05-2015, 13:21
Bakıda hər addımbaşı qanunsuz sallaqxanalara rast gəlmək mümkündür. O sallaqxanalara ki, baxanda bir də baxmaq istəmirsən... Namünasib yerlərdəki ət kəsimi yerlərində qoyunu, inəyi elə kəsirlər ki, yolun ortasına qədər qan axır, kəsilmiş heyvanın cəmdəyi göydən asılı vəziyyətdə, kəlləsi, ayaqları ayrıca nümayiş etdirilir. Bu zaman isə həmin ətin üzərinə küçənin toz-torpağı hoparaq, antisanitar bir vəziyyət yaranır. Qonşumuz olan Türkiyədə yol kənarında heyvan kəsimi qadağan edilib. Bunun üçün xüsusi sallaqxanalar var ki, orada heyvan kəsilir, əti bölünür, laboratoriyadan keçir və sonra həmin ət mağazalara paylanılır. Lakin Azərbaycanda vəziyyət qeyd etdiyimiz kimidir. Təxminən bir aydan sonra ölkəmizdə nüfuzlu idman yarışları keçiriləcək, paytaxta minlərlə əcnəbi idmançı və turistlər gələcək. Bəs görəsən, sallaqxanalardakı antisanitar şəraitin aradan qaldırılması üçün nə kimi tədbirlər görülür?
Yeri gəlmişkən, bu yaxınlarda paytaxta diri heyvanların buraxılmayacağı və antisanitar vəziyyətdə olan sallaqxanaların yığışdırılacağı bildirilmişdi. Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov demişdi ki, paytaxtın girişində iki yerdə ət kombinatlarının tikintisi aparılır: “İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin ət kombinatlarında bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq, Beləliklə də şəhərdə tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq.”
Amma görünən odur ki, hələ də bu sallaqaxanalar öz fəaliyyətini davam etdirir. Azad istehlakçılar sədri Eyyub Hüseynov az ölkələrdə olan bu vəziyyətin Azərbaycan kimi inkişaf etmiş ölkənin paytaxtında baş verməsinin səbəblərini belə şərh etdi: “Səbəb odur ki, istehlakçılar gözləri ilə gördüyü ətə təlabat yaradırlar. Ona görə də təklif meydana çıxır. Niyə insanlar gedib dükandan deyil, sallaqxanalarda kəsilən ət almaq istəyirlər? Nə üçün ölkənin paytaxtı sallaqxanaya dönüb? Çünki, insanların baytarlıq orqanlarına inamı yoxdur. İstehlakçı səhər tezdən bazarlara getsə görəcək ki, çox sayda cəmdəyin üzərinə baytarlıq möhürü vurulub. Guya baytarlar səhərə qədər yatmayıb ekspertiza aparıblar. Heyvanlar kəsilməmişdən öncə temperaturu ölçülməli və sonra kəsilməlidir. Sonra isə onun ciyərindən, qanından analizlər götürülməli, ekpertiza aparılmalı və bu heyvanın satışa yararlığı müəyyən edilməlidir. Guya baytar rayondan gətirilən heyvanın yanındaymış və temperaturunu yoxlayıb... İstehlakçılar görürlər bu heyvanların üzərində baytar möhürü var. Lazım olanda bu yalançı möhürü elə qəssabın özü də vurur. Ona görə də bazardan, dükandan üz döndərib gedib, canlı heyvanı kəsən yerdən ət alırlar. Elə buna görə də ölkə sallaqxanaya çevrilib. Nə qədər ki, istehlakçıların baytarlıq orqanlarına inamı bərpa olunmayacaq, bunun qarşısını almaq mümkün deyil. Bu proses davam edəcək. Yaxın günlərdə Bakıda Avropa oyunları keçiriləcək, amma vəziyyət çox acınacaqlıdır. Paytaxtda yaranan vəziyyətə görə Dövlət Baytarlıq xidməti günahkardır. Ona görə baytarlıq orqanları Azərbaycan istehlakçılarının etibarını, inamını qazanmalıdır. Baytarlıq orqanları ətlərin ekspertizasını aparmır, eləcə də brüsselyoza dair heç bir ekspertiza həyata keçirilmir.”
E. Hüseynov qeyd etdi ki, hətta bazarlarda olan laboratoriyaların heç biri qanuni şəkildə fəaliyyət göstərmir: “Azad istehlakçılar Birliyində belə bir məlumat var ki, Bakı bazarlarında olan laboratoriyaların heç biri akkreditasiya olunmayıb və Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən tanınmayıb. Akkreditasiya olunmamış yalançı laboratoriya nə edə bilər ki? Mən özüm şəxsən Sabirabad rayonunun Nizami kəndində hər şənbə günü heyvan bazarında nələr baş verdiyini müşahidə etmişəm. Orada yalançı baytarlar gəzişirlər. Baytarlardan yalançı bir arayış alınır. Guya ki, heyvanlar hamısı salamatdır və yoxlamadan keçirilib. Yaxşı olardı ki, şəhərdən kənarda sallaqxanalar düzəldilsin. Problemi deyəndə gərək təklif də verəsən. Bakıda “Azbanvit” şirkəti var. Onların kəsim sexi var. Hər bir tələbə cavab verir. Baytarlıq orqanları iş aparsınlar və oranın kəsim sexindən yararlansınlar.”
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə Analitik.az-a bildirdi ki, diri heyvanların paytaxta buraxılmaması məsələsi hələlik gündəmdə deyil. Y. Xanvəli buna səbəb kimi Bakıdan kənarda kombinatların tikintisinin ləngidiyini göstərdi: “Nə vaxt iş adamları investisiya qoyarlarsa, bu məsələ həyata keçiriləcək. Bu təklif layihə formasındadır və bu məsələdən danışmaq hələ tezdir. Konkret heç bir addım atılmayıb. İş adamları vəsait ayırmalıdırlar ki, bu prosesə başlanılsın. Nəzərdə tutulub ki, şəhərin girəcəyində böyük belə kombinatlar tikilərsə, diri heyvanların şəhərə buraxılışı dayandırılacaq.”
Mətbuat xidmətinin rəhbəri onu da qeyd etdi ki, Avropa Oyunları ilə bağlı olaraq müvafiq əmr imzalanıb. Əmrə görə isə bir sıra tədbirlər həyata keçirilir: “Bakı şəhərində, eləcə də Mingəçevirdə baytarlıq idarələrinin ciddi iş rejiminə keçirilməsi tapşırılıb. Bununla yanaşı turizm infrastrukturu inkişaf etmiş bölgələrdə də tədbirlər həyata keçiriləcək. Ola bilər ki, Avropa oyunlarında iştirak edənlər Qəbələ,İsmayıllı, Şəki, Şamaxı, Qusar və digər bölgələrə səyahət etsinlər. Həmin rayonların baytarlıq idarələrinə də tapşırılıb ki, heyvan kəsiminə, sallaqxanalara ciddi nəzarət olunsun. Xüsusi ayrılmış yerlərdən kənar heyvanların kəsilməsinə yol verilməsin, baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilsin. Ekpertiza müayinələri daha mükəmməl aparılsın. İnsanlara sağlam və keyfiyyətli ət məhsullarının verilməsi təmin olunsun.”