"Kupça"sız mənzillərlə bağlı mühüm xəbər - VİDEO

23-04-2022, 10:26           
"Kupça"sız mənzillərlə bağlı mühüm xəbər - VİDEO
Çıxarışı olmayan mənzillərə əmlak vergisı ödənişi üçün bildiriş göndərilib.
Pravda.az-ın məlumatına görə, bildiriş Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış komplekslərindən birindəki sakinlərə göndərilib.

Bələdiyyənin göndərdiyi sənəddə nə qədər vergi ödənilməli olduğu bildirilməsə də, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlaka görə ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu qeyd edilib. Sakinlər isə bunun qanunsuz olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Xırdalan şəhər bələdiyyəsindən bildirilib ki, onların göndərdiyi bildirişlər tam qanunauyğundur.

Xırdalan bələdiyyəsindən o da deyilib ki, əgər vətəndaşların hər hansı bir şikayəti varsa, aidiyyəti üzrə məhkəməyə müarciət edə bilərlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru