Bu ailələrə ŞAD XƏBƏR - Hər birinə müavinət verilə bilər VİDEO

24-04-2022, 09:29           
Bu ailələrə ŞAD XƏBƏR -
Koronavirusla mübarizədə görülən işlər və tibb işçilərinin canları hesabına ciddi uğurlar əldə edildi, itkiləri minimuma endirildi. Bu mübarizədə onlarla tibb işçisi isə dünyalarını dəyişdi.

Musavat.com xəbər verir ki, Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli onların adlarının əbədiləşdirilməsi və ailələrinə müavinət verilməsi təklifi ilə çıxış edib.

Onun sözlərinə görə, müəyyən forma tapılmalı və qanunvericiliyə uyğun şəkildə həmin həkimlərin əməyi yüksək qiymətləndirilməlidir.

Müşfiq Məmmədli "Xəzər Xəbər"ə deyib ki, hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan az itki ilə çıxan ölkələrdən oldu. Koronavirusun tüğyan etdiyi vaxtlarda bir çox həkimlərimiz də fədakarlıq edərək canlarını bu yolda qoydular. Onların əməkləri ölkə başçısı tərəfindən dəfələrlə qiymətləndirilib.

Qeyd edək ki, artıq bir sıra ölkələrdə pandemiya ilə mübarizdə dünyalarını dəyişmiş tibb işçilərinin ailələrinə birdəfəlik pul yardımının ödənməsinə başlanıb.
Yol polisi avtomobil sahibləri ilə izahedici söhbətlər apardı: 35 sürücü CƏRİMƏLƏNDİ FOTO

Sürücülərin NƏZƏRİNƏ: 24 aprel 06:00-dək...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru