"Sədərək" rəhbərliyi ölkədən çıxardığı valyutanı geri qaytarmayıb - RƏSMİ İTTİHAM

25-04-2022, 11:15           
"Sədərək" rəhbərliyi ölkədən çıxardığı valyutanı geri qaytarmayıb - RƏSMİ İTTİHAM
"Sədərək" rəhbərliyi ölkədən çıxardığı valyutanı geri qaytarmayıb
"Sədərək" Ticarət Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.

DİA.AZ bildirir ki, iddianı qaldıran qurum Mərkəzi Bankdır. Belə ki, ticarət mərkəzinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozub. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub. Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və valyuta xaricdən ölkəyə geri qaytarılmayıb.

Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur və böyük dövriyyəyə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru