Əlilliyi olan şəxslərlə bağlı yeni altsistem hazırlanır

25-04-2022, 11:07           
Əlilliyi olan şəxslərlə bağlı yeni altsistem hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem hazırlanır.

Qurumdan Bizim.Media-ya verilən xəbərə görə, FRAP əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.

Yeni altsistem bu sahədə reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə, onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək.

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin tərkib hissəsi olacaq həmin altsistem qeyd olunan proseslərin təşkilində şəffaflığın artırılmasına, eləcə də bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

Reabilitasiya müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı reabilitasiya tədbirləri və nəticələri barəsində məlumatlar da e-sistemdə toplanacaq və FRAP-ların hazırlanmasında zəruri informasiya bazası rolu oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru