"5 günə 6000 manat görəsən Xudat bələdiyyəsinin sədri Elman müəllim özü tapa bilər indiki vaxtda?" - Bəs vicdan ay Elman müəllim?

27-04-2022, 19:42           
"5 günə 6000 manat görəsən Xudat bələdiyyəsinin sədri Elman müəllim özü tapa bilər indiki vaxtda?" - Bəs vicdan ay Elman müəllim?
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli sosial şəbəkədə Xudat bələdiyyəsinin həyata keçirtdiyi bir əməliyyatla bağlı paylaşım edib. Jurnalistin paylaşımını təqdim edirik:
"Vətəndaşın 1960-cı illərdən istifadə etdiyi torpağın illərlə vergisi alınıb. Sonradan isə həyətində iki sotun artıq olduğu bildirilib.
İndi o iki sotu sənədləşdirməyə 6000 manat pul istəyir Xudat bələdiyyəsi...
Nə var ki, torpaq bir az yol kənarındadır və obyekt yeri kimi başqasına satmaq olar.
Susuruq, dillənmirik, ancaq eyibdi e.
5 gün də vaxt verir ki, 5 günə 6000 manat gətir, yoxsa başqa müştərim var, satıram.
Günah bizdədi ki, niyə bu bələdiyyənin ümumiyyətlə bütün fəaliyyətlərinə bir nəzarət etmirik ki, indi bizə 1960- cı ildən yanı hasarlı həyətimizi satmaqla hədə-qorxu gəlir?!

Eyibdi e.
5 günə 6000 manat görəsən Xudat bələdiyyəsinin sədri Elman müəllim özü tapa bilər indiki vaxtda?
Rəsmən məktub yazır ki, soruşanda desinlər ki, əvvəl özünə təklif etmişdim, almadı, satdım başqasına.
Bu hiyləni heç kəs anlamayacaqmı?
Niyə bu camaata belə zülm edirdiz?
Nə günahı var axı millətin?
Elman müəllimin öz imkanlarını isə bilməyən yoxdur.
Özünün hər şeyi var, xalxın iki sotunu niyə alırsan əlindən?
5 günə 6000 manat kim tapa bilər?"
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru