Zaur Mikayılovun TƏRSİNƏ İSLAHATI... - 70-ə yaxın işçinin hüquqları pozulub...

9-05-2022, 09:17           
Zaur Mikayılovun TƏRSİNƏ İSLAHATI... -
Zaur Mikayılov Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-yə rəhbər gəlişindən sonra bu qurumda müəyyən islahatlar həyata keçirildi. Yəni görülən işlər içində təqdir olunası faktlar da yetərincədir. Amma sözügedən quruma aid Sumqayıt Melioservis İdarəsinin işçiləri belə düşünmürlər.

DİA.AZ bildirir ki, yetərincə fəaliyyət imkanlarının olmasına baxmayaraq Zaur Mikayılovun ASC-yə sədr təyinatından sonra onların idarəsi ləğv edilib və bu zaman 70-ə yaxın işçinin əmək hüquqları pozulub.

İşçilər iddia edir ki, onlara düzgün şəkildə kompensasiya verilməməsi ilə yanaşı idarəyə aid əmlka da kimlərinsə güdazına gedib.

Daha ətraflı aşağıdakı videoda:


İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru