Bakıda narkomanların yeni məskəni - Sakinlər hər gün bu təhlükə ilə üzləşir - VİDEO

10-05-2022, 09:28           
Bakıda narkomanların yeni məskəni -
Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşaası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.

BAKU.WS xəbər verir ki, bu iddia ilə yaxınlıqda yaşayan sakinlər çıxış ediblər. Onların sözlərinə görə belə vəziyyət uzun müddətdir ki, davam edir.

Xəzər TV-nin əməkdaşları da ərazidə çəkiliş aparıblar. Bu zaman onlar da narkomanların istifadə edərək tulladıqları şprislərə rast gəliblər. Artıq polis əməkdaşları binanı ciddi nəzarətə də götürüb.

Otaqlarının içərisinə müxtəlif ölçüdə istifadə olunmuş şprislər atılıb. Uzun müddətdir baxımsız vəziyyətdə qalan bu binadan iddialara görə narkomanlar istifadə edir.

Problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdikdən sonra əraziyə polis əməkdaşları gələrək binaya baxış keçiriblər. Nazirliyin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə ərazidə nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki,baxımsız vəziyyətdə qalan bu bina təxminən 15-20 il əvvəl tikilməyə başlayıb. Sonradan isə inşaası yarımçıq qalıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru