Əlillik dərəcəsi ala bilmədiyinə görə intihara cəhd edən qazimiz... DANIŞDI

12-05-2022, 14:21           
Əlillik dərəcəsi ala bilmədiyinə görə intihara cəhd edən qazimiz... DANIŞDI
Vətən müharibəsi qazisi Qadir Cəfərov intihara cəhd edib.
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, hadisə Respublika Əllilərin Bərpa Mərkəzində baş verib.
O qollarını kəsərək intihara cəhd edib və bu zaman hadisə yerindəki polis əməkdaşı ona mane olub.
Q. Cəfərov bildirir ki, intihara cəhd etməsinə səbəb ona müvafiq əlillik dərəcəsinin verilməməsidir.
Daha əvvəl də bu barədə mətbuata açıqlamalar verən qazi ayağında qalan qəlpənin onu narahat etdiyini, fiziki və psixoloji problemlərə səbəb olduğunu bildirmişdi. Onun sözlərinə görə YAŞAT Fondu da qazinin müalicəsi üçün müvafiq əlillik dərəcəsinin verilməsini əks etdirən sənədi tələb edirmiş.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru