Zaur Mikayılovun MÜƏMMALI TENDERLƏRİ... - Daha bir FAKT

29-06-2022, 17:02           
Zaur Mikayılovun MÜƏMMALI TENDERLƏRİ... - Daha bir FAKT
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “MLK 22 LT” MMC (VÖEN-1307616941) olub.
Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi laboratoriya üçün kimyəvi maddələrin və avadanlıqların alınmasına görə “MLK 22 LT” MMC-yə 16 min 700 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 16,7 min manatlıq tender müsabiqəsinin qalibi olan “MLK 22 LT” MMC tender elanından təxminən 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi tender elanını 27.05.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 05.03.2022-ci il tarixində qeydiyyata alınıb.
Maraqlıdır ki, cəmi 3 ay əvvəl yaranan şirkət dövlət qurumuna barium xlorid, trilon B, kalium-bixromat, metiloranj, natrium-hidroksid, sulfat turşusu və digər kimyəvi maddələr satacaq.
Onu da qeyd edək ki, cəmi 3 ay əvvəl yaranan bu şirkət artıq 3 tenderin qalibi olmağı bacarıb. İlk tender müsabiqəsini dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra qazanıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 30 min 234 manatlıq sürtgü materialları satıb. Daha sonra Bakı Sağlamlıq Mərkəzindən reanimasiya və əməliyyatxanasında xüsusi tibbi təyinatlı, antibakterial materiallardan istifadə edərək təmir işləri həyata keçirmək üçün 13 min 387 manat alıb.
Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Nizamnamə kapitalı 10 manat olan “MLK 22 LT” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Əmrahova Məleykə Fazil qızıdır.
Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində “MLK 22 LT” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. “MLK 22 LT” MMC-nin qanuni təmsilçisi Əmrahova Məleykə Fazil qızı eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 4 şirkətə - "VITA AZ LT" MMC, "LUXURY STAR CORP" MMC, "STELLA ALFA CORP" MMC və "OMEGA 88 LT" MMC-lərin də rəhbəridir.
Cəmi 8 ay ərzində “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlər bunlar olub:






Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.