Kənd Təsərrüfatı naziri erməni biznesmenin «Meqavet» şirkətindən vaksin alırmış - İTTİHAM VAR

5-05-2016, 13:27           

Azərbaycanda bəzi məmurların ermənilərlə, hətta Ermənistanla əlaqələr qurduğuna dair iddialar hələ xeyli əvvəldən var. Hətta vəzifə başında erməni əsilli qadınlarla evli olan yüksək çinli məmurların olduğu da deyilir. Lakin indiyə qədər rəsmi qurumlar bunu təsdiqləmirlər. Hətta isbata gərəyi olmayan halları belə.
JAM.AZ xəbər verir ki, ermənilərlə ciddi iş birliyi içində olan daha bir məmurun adı üzə çıxıb. Məlum olub ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun da düşmən xalqın nümayəndələri ilə sıx əlaqələri varmış. Belə ki, nazir Azərbaycanda heyvanlar üçün büdcə pulları hesabına alınan vaksinləri «Meqavet» şirkəti vasitəsi ilə realizə edirmiş. Bu şirkətin offşor şirkətlər sırasında olduğu isə təsdiqə ehtiyacı olmayan məlumatlardandır.
Lakin məsələnin ilginc tərəfi odur ki, Heydər Əsədovun vaksin aldığı şirkətin başında erməni dayanırmış. Saytın dəqiqləşdirmələrinə görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet» şirkətinin rəhbəri Qor Rafaeloviç Xeçoyandır.
Xeçoyanın Bakıya gəlib-gedən nümayəndəsi isə gürcüdür. Pata Subzivadze yerli biznesmenlərdən fərqli olaraq, gətirdiyi mallara görə ƏDV ödəməkdən azad edilib. Səbəb isə «obnaliçka» əməliyyatları üzrə pulların həcmini daha artırmaqdır.
Məlumatda deyilir ki, Heydər Əsədovun qaranlıq işləri bununla da yekunlaşmır. Onun ən etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub. Belə ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib, onlardan əmanətçi kimi faizlər alır. “Bununla bağlı əlimizdə ciddi faktlar var və ortalıqda onun əlyazması olan sənədlər mövcuddur. Həmin sənədlərdə aşkar şəkildə hansı banklarda nə qədər pulun olduğu, aylıq və illik nə qədər faizlər alındığı qeyd olunub”.
Daha sonra qeyd edilir ki, KTN rəhbəri hətta Dünya Bankına da kələk gəlməyə başlayıb. “Belə ki, bankın layihəsi əsasında ayrılmış maliyyə vəsaitləriylə REV 1 vaksinləri alınmalıdır. Lakin nazirlik vaksinlərin satınalması üzrə keçirilən beynəlxalq tenderdə ciddi qanunsuzluqlar edib”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.