“Stansiya Sabunçu” deyilən ərazidə KAFE-FAHİŞƏXANA – Kimdir bu Sona adlı qadını himayə edən?

5-08-2022, 11:47           
“Stansiya Sabunçu” deyilən ərazidə KAFE-FAHİŞƏXANA – Kimdir bu Sona adlı qadını himayə edən?
İnsan alveri, qanunsuz olaraq fəaliyyət göstərən fahişəxanalar bu gün Azərbaycan da daxil olmaqla, bir sıra ölkələri narahat edən əsas problemlərdən biridir. Bu, elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, yoluxucu xəstəliklərə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur. Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda paytaxt Bakıda fəaliyyət göstərən bəzi obyektlərdə yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər.

Qaynarxett.az olaraq bu barədə çox yazmışıq, hətta müvafiq qurumlar tərəfindən məsələylə bağlı müəyyən addımlar da atılmışdır. Amma görünür ki, bu tədbirlərin bir nəticəsi olmayıb. Söhbət Bakının Sabunçu qəsəbəsi ərazisində Balakən rayon sakini Sona Cumayevanın icarəyə götürdüyü kafedən gedir. Əslində həmin məkan əxlaqsızlıq yuvasına çevirib. Görəsən nədən “Stansiya Sabuncü” deyilən ərazidə “Oba” marketin yaxınlıgında yerləşən bu əxlaqsızlıq yuvasını polis “görmür”?

Axşam saatlarında burada elə həngamələr baş verir ki, gəl görəsən. 5-6 qadını kafedə yarıçılpaq geyimdə görürsən. Laqqırtı vuran qadınlar… Siqaret tüstüsü, qəribə qoxular… Sərxoş müştərilər… Bir birinə qarışan gülüş səsləri…Antisanitariya… Buranın ümumi mənzərəsini qısaca belə təsəvvür etmək olar.

Fahişəxananın sahibi kimi tanınan Sona Cumayevaya niyə hüquq muhafizə orqanları nəzarət etmir. Xüsusilə qeyd edək ki, sözügedən ərazidə polis bölməsinin polis sahə müvəkkili işləyir. Bəs həmin polis sahə müvəkkili kimlərə və nəyə nəzarət edir? Bu suala cavab tapmaq çox asandır. Sona xanımı hamı tanıyır. Hamı tanıyırsa şübhəsiz ki, polis bölməsinin əməkdaşı da tanıyacaq. Amma, Sona xanımı həmin ərazinin polis rəisi və sözügedən əraziyə nəzarət edən polis sahə müvəkkili necə tanıyır? Biz buna cavab tapa bilmirik. Kimdir bu Sona adlı qadını himayə edən? Ümid edirik ki, bu ƏXLAQSIZ YUVASINA çevrilmiş kafe ilə bağlı Hüquq mühafizə orqanları ciddi tədbir görəcək.

Məqalədə adları çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətlərini dinləməyrıə hazırıq….(təfərrüatı növbətı məqaləmizdə)
Bizi izləyin!//Qaynarxett.az



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.