«City Garden Nərimanov»da BAHALAŞMA - il ərzində 2 dəfə qiymət artımı olub

5-08-2022, 18:07           
«City Garden Nərimanov»da BAHALAŞMA - il ərzində 2 dəfə qiymət artımı olub
«Kristal Abşeron» tikinti şirkətinin Nərimanov rayonunda metro stansiyasının yaxınlığında yerləşən yeni yaşayış kompleksində qiymətlər növbəti dəfə artırılıb.

TEREF.AZ xəbər verir ki, şirkətdən FED.az-a verilən məlumata görə, «City Garden Nərimanov» layihəsində hər kvadratmetr üçün qiymətlər son bir həftədə sadə mənzillər üçün 30 manat qalxıb. Belə ki, layihədə buna qədər il ərzində 2 dəfə qiymət artımı olub. May ayının əvvəlinə kimi 1-5-ci mərtəbələrdə yerləşən təmirli mənzillərin kvadratının ən aşaqı qiyməti 2100 manatdan başlayırdırsa, ayın ortalarında bu qiymət 2110 manata qalxdı. Hazırda isə qeyd olunan mərtəbələr üzrə mənzillərin hər kvadratmetri üçün qiymət 30 manat qalxaraq 2140 manat olub. Bu hesabla məsələn, 140 kvadratmetrlik mənzilin qiyməti may ayında 294 min manat idisə, hazırda bu qiymət 299 600 manata yüksəlib.

6-10-cu mərtəbələr üçün qiymətlər daha sürətlə artır. Belə ki, indiyə qədər 6-10-cu mərtəbələrdə yerləşən mənzillərin kvadratmetrinin qiyməti 1-5-ci mərtəbələrdən 50 manat fərqlənirdisə, indi qiymət fərqi 50-70 manata yüksəlib.

Terraslı mənzillərin qiymətində isə mayın əvvəllərində 30 manat artım olmuşdu. Yəni, 3-cü mərtəbədə yerləşən terraslı mənzilin qiyməti 2 650 manat idisə, mayın ortalarında bu qiymət 2 680 manat idi. O vaxtdan ötən dövrdə terraslı mənzillərin qiymətində artım olmayıb.

Terrasların sahəsi 40 kvadratmetrdən başlayaraq 150 və daha artıq ola bilər. Amma terrasın ölçüsü mənzilin qiymətinə təsir etmir.

İpoteka kreditlərinin faiz dərəcəsində də dəyişiklik yoxdur. Qey dedək ki, bu kreditlər Beynəlxalq Bank tərəfindən təqdim edilir və illik faiz dərəcəsi 6-10% arasında dəyişir. Minimum ilkin ödəniş kimi yenə də ümumi məbləğin 30 %-i tələb olunur. İpoteka kreditinin faizi onun müddətindən asılı olaraq 1 ildən 20 ilə kimi dəyişir. Belə ki, kreditin müddəti 3 ilədək olanda faiz kredit 6 faizlə, kredit 5 ilə kimi olduqda 7 faizlə, 10 ilə kimi olduqda 8 faizlə, 10 ildən yuxarı olduqda isə 10 faizlə hesablanır. İpoteka kreditinin müddəti 1-20 il arası dəyişir.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.