Müharibə Rusiya iqtisadiyyatına necə təsir edib? – “Rosstat” rəqəmləri açıqladı

15-08-2022, 17:03           
Müharibə Rusiya iqtisadiyyatına necə təsir edib? – “Rosstat” rəqəmləri açıqladı
Bu ilin 2-ci rübündə Rusiya iqtisadiyyatında ÜDM istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 4% azalıb.
TEREF-ın məlumatına görə, yeniavaz.com Rusiya Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu dövürdə Rusiyda topdansatış dövriyyəsi 15,3%, pərakəndə ticarət dövriyyəsi 9,8%, sərnişin dövriyyəsi 5,3%, emal sənayesi 3,3%, yük dövriyyəsi isə 2,9% azalıb.
May ayında Rusiyada orta aylıq əmək haqqı 62 min 457 rubl olub. Ötən ilin may ayı ilə müqayisədə orta aylıq əmək haqqının real dəyəri 6,1% azalıb.
May ayı ilə müqayisədə bu ilin iyun ayında Rusiyada neft və təbii qaz hasilatı 5,9%, kömür hasilatı 19,5%, metal filizi hasilatı 11% azalıb.
Məlumat üçün qeyd edək ki, bu ilin fevral ayının 24-də Rusiya ordusu Ukrayna ərazisinə daxil olaraq bu ölkəyə qarşı müharibəyə başlayıb. ABŞ və Böyük Britaniya başda olmaqla dünyanın bir-sıra ölkələri Rusiya iqtisadiyyatına qarşı sanksiyalar tətbiq ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru