"Adama 150 manatdan pul yığın verin, internetinizi çəkək" - Beyləqanda bazar

10-05-2016, 16:51           
"Adama 150 manatdan pul yığın verin, internetinizi çəkək" - Beyləqanda bazar
Beyləqan şəhəri, Qaçaq Nəbi küçəsi 3-də yaşayan sakinlərin verdikləri məlumata görə, bu sözləri onlara Beyləqan poçt filialının rəisi Agayev Rasim deyib.

Beyləqan şəhər, Qaçaq Nəbi küçəsi 3-də yaşayan sakinlər Ölkə.Az-ın əməkdaşı Beyləqan şəhərində olarkən ona məlumat veriblər ki, dəfələrlə internet xətti çəkdirmək üçün poçta müraciət etsələr də, poçtda hər dəfə müxtəlif bəhanələrlə üzləşiblər.

Sakinlərin sözlərinə görə, Beyləqan poçt filialının rəisi Agayev Rasim onlara bildirib ki, küçədə yaşayan hər ev 100-150 manatdan yığıb pul versələr, onların istəkləri yerinə yetər. Qaçaq Nəbi küçəsi 3-də yaşayan sakinlər isə müxbirimizə dövlət rüsumunu ödəməyə hazır olduqlarını, ancaq rüşvət verməyəcəklərini deyiblər.

Təkrar müraciət zamanı isə Beyləqan poçt filialının rəisi Agayev Rasim onlara deyib ki, büdcədə pul yoxdur. Nə zaman büdcədə pul olar, o zaman da küçəyə internet xətti çəkərik.

Qeyd edək ki, Qaçaq Nəbi küçəsi 3 ünvanda yaşayan sakinlər poçt filialının rəisinin qanunsuz əməllərindən rayon icra hakimiyyətinə şikayət etsələr də, onların şikayətinə baxılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.