Bu gün Azərbaycan Mərkəzi Bankı - FAİZ QƏRARINI AÇIQLAYACAQ

28-10-2022, 09:47           
Bu gün Azərbaycan Mərkəzi Bankı - FAİZ QƏRARINI AÇIQLAYACAQ
Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da açıqlanacaq.

Publika.az xəbər verir ki, faiz qərarı 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da açıqlanacaq.

Saat 11:00-da mətbuat konfransı başlanacaq. Saat 15:00-da faiz dəhlizinin parametrlərinə dair geniş açıqlama (press-reliz) yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bundan əvvəl faiz dəhlizinin parametrləri ilə bağlı qərarı sentyabrın 16-da qəbul etmişdi. Həmin vaxt AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru