Növbəti il avtobuslarda gediş haqqı ARTIRILACAQ – “Təzyiqlə saxlansa, keyfiyyət aşağı düşəcək”

29-10-2022, 11:50           
Növbəti il avtobuslarda gediş haqqı ARTIRILACAQ –
Azərbaycanda ictimai nəqliyyatda qiymətlərdəki dəyişikliklərlə bağlı məsələ aktual olaraq qalır.

Rəsmi qurumlar indiki halda qiymətlərin bahalaşmayacağını bəyan etsələr də, növbəti ildə gözləntilərin fərqli olacağı söylənilir.

Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin artırılmasının dövlət üçün ən arzuedilməz variant olduğunu açıqlayıb.

TEREF.AZ bildirir ki, iqtisadçı-ekspert Rəşad Həsənov isə Bizim.Media-ya açıqlamasında qiymət artımı ilə bağlı ciddi səbəblərin formalaşdığını vurğulayıb:

“Təbii ki, hökumət yanacaq və digər xərclərin artımı səbəbindən yaranmış xərc yükünün neytrallaşdırılması və kampensasiya edilməsi ilə bağlı mövqe ortaya qoymasa, böyük ehtimalla yaxın müddətli dövrdə kütləvi sərnişindaşımada qiymətlərin indiki həddə saxlanması mümkün olmayacaq. Hətta təzyiq və ya administrativ yollarla qiymətlər bu şəkildə saxlansa belə, xidmətin keyfiyyətinin sürətlə pisləşməsini müşahidə edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru