Deputat Cavanşir Feyziyevin qanunsuz pul əməliyyatı ifşa edildi – Məhkəməlik oldu

18-11-2022, 11:02           
Deputat Cavanşir Feyziyevin qanunsuz pul əməliyyatı ifşa edildi – Məhkəməlik oldu
Millət vəkili Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC barəsində protokol tərtib edilib.
Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.
Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, “Avromed Company” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Nəsimi Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Qeyd edək ki, “Avromed Company” 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru