“İcra başçısı məni “vətən xaini” adlandırıb, 20 ton taxılımı satıb, mənimsəyib” – Video

18-11-2022, 12:56           
“İcra başçısı məni “vətən xaini” adlandırıb, 20 ton taxılımı satıb, mənimsəyib” – Video
“İcra başçısı məni “vətən xaini” adlandırıb, 20 ton taxılımı satıb, mənimsəyib” – Video
18 Noyabr, 2022 [09:00]
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket

Kəngərli rayon Qarabağlar kənd sakini Amar Hüseyn deyir ki, onu polisə aparıb, zorla, təhdid altında 20 ton taxılını əlindən alıblar.

TEREF.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb və sözügedən şəxsin video müraciətini paylaşıb.

Qeyd olunub ki, bundan əvvəl isə rayonun icra başçısı Kamal Ələkbərovun göstərişi ilə onu “vətən xain”i adlandıraraq, öncə YAP sıralarından, daha sonra isə müəllim kimi çalışdığı universitetdən uzaqlaşdırıblar, atasının baytarlıq aptekini əlindən alıblar.

Amar Hüseyn 2020-ci ildə Naxçıvan MR Ali Məclsinə seçkilərdə 15 saylı Qarabağlar Dairəsindən deputatlığa müstəqil namizəd olub. O deyir ki, seçkidə qalib gəlsə də, nəticələr saxtalaşdırılıb, qələbəsi əlindən alınıb. Həmin vaxtdan öz hüquqlarının bərpası üçün mübarizəyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru