Azərbaycanda xərçəng diaqnozu qoyuldu, Türkiyədə tam əksi çıxdı – Video

18-11-2022, 11:19           
Azərbaycanda xərçəng diaqnozu qoyuldu,
Bakıdakı özəl klinikalardan birində pasientə yanlış diaqnoz qoyulub.

TEREF.AZ “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, 30 yaşlı Rəşad Cəbiyevə yastı epitel karsinoma, orta dərəcəli differensasiya, yəni ağız xərçəngi olduğu deyilib.

Rəşad Cəbiyevin üst-çənə nahiyəsində problem olduğu üçün Milli Onkologiya Mərkəzindən “City Hospital”a əkilmə göndərilir. Bir həftə sonra Rəşad Cəbiyevə xərçəng xəstəliyi diaqnozu qoyulub və əməliyyat etmək istəyiblər: “Sonra anlizlərimi Bakı Patologiya Mərkəzinə təqdim etdim. Əkilmənin cavabı müsbət gəldi. Bu cavabları götürüb Türkiyəyə getdim”.

Lakin Türkiyədə xəstəyə başqa cavab verilib. Məlum olub ki, onun dişinin dibi xərçəng xəstəliyi yox, texniki travmaymış.

Rəşad deyir ki, xəbəri eşidəndə yaşlı valideynləri, ailəsi ciddi sarsıntı keçirib.
Vəkil Günay Cəfərli məsələnin hüquqi tərəflərinə diqqət çəkib.

Səhiyyə Nazirliyindən isə bildirildi ki, vətəndaşın diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin profilə uyğun ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinənin aparılması məqsədəuyğundur. Bu da vətəndaşın Səhiyyə Nazirliyinə rəsmi müraciəti əsasında mümkündür. Bundan sonra alınan nəticəyə uyğun olaraq aidiyyəti tədbirlər görülə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik:


Hadisə ilə bağlı xəstənin “City Hospital”dakı həkimi Şahin Osmanov məsələyə münasibət bildirməkdən imtina edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.