TURAL ABBASLIDAN ÇAĞIRIŞ – “MİSLİ” KİMİ QUMAR OYUNLARI LƏĞV OLUNSUN, KAZİNODAN FƏRQİ YOX” facebook

18-11-2022, 12:09           
TURAL ABBASLIDAN ÇAĞIRIŞ –
“Biz qumarın hər cür təzahürünün əleyhinəyik. İstər bu qumaq rəsmi formada dövlət səviyyəsində təşkil olunsun, istərsə də özəl və şəxsi formada. Qumar bizim dini dəyərlərimizə haramdır, yaxşı olmayan ziyanlı fəaliyyət növüdür”.
TEREF.AZ bu sözləri tribuna.az-a Ağ Partiya başqanı Tural Abbaslı ölkəni bürüyən, total şəkil alan küçə qumarı, mərc oyunları haqda danışarkən deyib. Partiya lideri bildirib ki, qumarın, mərc oyunlarının heç bir alqışlanası tərəfi yoxdur: “Bu gün TOPAZ, MİSLİ kimi ani uduşlar olan lotoreyaların birdəfəlik ləğv olunmasının tərəfdarıyam. Millətin onsuz da iqtisadi vəziyyəti ağırdır. Belə bir zamanda insanlar saman çöpündən də yapışırlar. İnsanların da bu acizliyindən belə mərc oyunları istifadə edir, mədəni formada kasıbın cibinə girmiş olur. Ani şəkildə pul qazanmağa həvəsləndirir, ancaq burada, bu oyunları təşkil edənlər özləri qazanır, vətəndaş isə heç bir halda udmur. Bu cür ani pul uduşu olan oyunlar dünyanın heç bir yerində insanlara xoşbəxtlik gətirməyib, Azərbaycanada da gətirməyəcək. Belə fəaliyyətin təşkilini və ya təşviqini təmin edən qurumlar yaxşı olardı ki, yeni iş yerlərinin açılmasında müəyyən addımlar atsın”.
T.Abbaslı bildirib ki, bütün bu oyunlar ölkədə tamamilə qadağan olunmalıdır: “Biz ümumiyyətlə, Azərbaycanda “Poz, qazan”, MİSLİ və digər mərc oyunlarının, qumarın hər cür təzahürünün qadağan olunamasının tərəfdarıyıq. Kazino fəaliyyəti kimi bu mərc oyunları da qadağan olunmalıdır. Çünki bu mərc oyunlarının kazinodan heç bir fərqi yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.