BNA, sürücü “zor” elədimi?

21-11-2022, 12:08           
BNA, sürücü “zor” elədimi?
25 dəqiqədən sonra gələn avtobus sürücüsü “sizdə interval neçə dəqiqədir”-sualına ikinci sualdan sonra saymazyana “bilmirəm” deyib, enerji içkisini başına çəkir. Bitirəndən sonra boş qabı dayanacağın qarşısına çırpır, şaqqıltısından bütün sərnişinlər diksinir. “Ay sürücü, o tullantını niyə ora atdın”-sualına iki dəfə “zor elədim” cavabını verir!
Hamı şokda!
Bəs BNA?
Bəs 40 saylı marşrut şirkətinin rəhbərliyi?
Bəs…???
Bu özbaşınalıqlara nə vaxt son qoyulacaq?
Avtobusda iynə atsan, yerə düşməz, gecikmə səbəbindən. Camaat dözür. İndi də sərnişinləri belə təhqir etdirirsiniz?!
Şübhəsi olan varsa, dayanacağın yerini deyim, enerji içkisinin qabını da yerindəcə görsünlər, sürücünü çətin ki, müayinəyə aparsınlar.
Elşad Paşasoy
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru