Naxçıvana Bakıdan pivə gətirmək qadağası davam edir.

21-11-2022, 11:57           
Naxçıvana Bakıdan pivə gətirmək qadağası davam edir.
""Qara Pişik"dən aldığım məlumata görə, Naxçıvandakı restoranlara xüsusi göstəriş verilib ki, müştərilərə ancaq yerli pivə sata bilərsiniz.
Bildirilir ki, Naxçıvanda Bakı pivəsinə qoyulan qadağa Naxçıvan Pivə Zavodunun direktoru Seyfəddin müəllimin hər ay "xan"a verdiyi xəracla əlaqədardır. İddialara görə, bu xərac ildə bir neçə milyon manat dəyərindədir."
TEREF.AZ yazır ki, bu barədə jurnalist Heydər Oğuz deyir. Heydər bəy daha sonra deyir:
"Qeyd edək ki, Naxçıvan pivəsinin ünü Türkiyəyə də gedib çıxıb. 2017-ci ildə Türkiyənin Tokat şəhərində Türk jandarmasının həyata keçirdiyi əməliyyat zamanı azərbaycanlı İ.M, iranlı Y.K və türk vətəndaşı C.T saxlanılmış, çantaları yoxlanılarkən içərisindən 2 min 310 paket siqaret, 10 şüşə araq və 24 şüşə Naxçıvan pivəsi çıxmışdı. Jandarma müəyyən etmişdi ki, həmin mallar qaçaqmalçılıq yolu ilə Naxçıvandan Türkiyəyə keçirilib."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru