Naxçıvanda əhali "xan"-ın benzinindən beziblər....

21-11-2022, 12:35           
Naxçıvanda əhali "xan"-ın benzinindən beziblər....
"Naxçıvan sürücüləri SOCAR-dan xahiş edirlər ki, Muxtar Respublikada özünün yanacaqdoldurma stansiyalarını açsın.
“Artıq “xan” oğlunun yanacaqdoldurma stansiyalarından aldığımız benzindən bezmişik. "
Teref.az yazır ki, bunu Ovqat.com-un baş redaktoru Heydər Oğuz deyir. Daha sonra baş redaktor deyir:
"Maşınlarımız yaman günə düşür. SOCAR gəlsin, Naxçıvanda da yanacaqdoldurma stansiyası açsın. Necə olur, İstanbulda, Gürcüstanda və s. xarici dövlətlərdə SOCAR-ın yanacaqdoldurması var, hətta işğaldan azad olunmuş ərazilərdə də bu cür stansiyalar fəaliyyət göstərir, ermənilər belə, oradan benzin ala bilirlər, Naxçıvanda niyə SOCAR-ın benzin kolonkası yoxdur? Biz erməni qədər də yoxuq?”.
Hesab edirəm ki, Azərbaycan hökuməti Naxçıvan sürücülərinin bu suallarına cavab verməyə borcludur.
Qeyd edək ki, Naxçıvanda yanacaqdoldurma stansiyaları NP1, NP2, NP3 adı ilə fəaliyyət göstərir."
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.