246 manat yaşayış minimumu vətəndaşa kifayət edəcək? - "Bəlkə də məmurların özləri yaşaya bilər..."
22-11-2022, 09:47
“2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi Milli Məclisin noyabrın 18-də keçirilən iclasında birinci oxunuşdan keçib.
DİA.AZ bildirir ki, qanun layihəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Bəs, görəsən, vətəndaş bu barədə nə düşünür? Bir nəfər üçün 246 manat ayı başa vurmağa bəs edir?