“Unibank” müştərini necə aldatmaq istədi

24-11-2022, 08:54           
“Unibank” müştərini necə aldatmaq istədi
“Azəriqaz”ın işçısı, fəal sosial şəbəkə istifadəçisi olan Nağı Allahverdi Əli oğlu bu gün “facebook” səhifəsində “Unibank”da üzləşdiyi problemlə bağlı paylaşım edib. Hər kəsin üzləşə biləcəyi bir problem olduğundan Aktualinfo.org sözügedən paylaşımı diqqətinizə çatdırır.

Özlərini hər kəsin bankı sayan “Unibank”ı görüm DTX , Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ve Baş Prokurorluq Yanında Karrupsiyaya Qarşı Mübarizə İdarəsinin radarına tuş gəlsin. AMİN! Dəməli bu gün 22 noyabr 2022 ci il axşam tərəfi saat 17 – 30 radələrində həmən bankın Bakıxanov filialına getdim ki, həm nəğd pul krediti həm də onlara aid olan kart götürüm . Maaşımı Beynəlxalq Bankdan alıram deyə onlara 12 aylıq maaşımla bağlı cədvəl də apardım . Əvvəl mənə kredit düşmədiyini bildirdilər, sonradan mənim getməyimi görüb telefonla hansısa müəllimlə əlaqə saxlayıb dedilər ki, müştəri getmək istəyir . Həmən adama nə dedilərsə mənə illik 20 faizlə kredit verməyə təklif etdilər mən də razılaşdım . Kompüterdən bir neçə kağız çıxarıb mənə imzalatdırdıqdan sonra dedilər ki Beynəlxalq Bankdan gətirdiyim cədvəli onların imzası ilə təsdiqlətdirməliyəm. Mən bildirdim ki, heç vaxt, heç bir bank bunu tələb etməyib və onların xidmətindən imtina edib kartlarını qaytardım və mənə imzalatmış olduquları kağızları geri tələb etdim . Mənə həmən kağızları verməkdən imtina etdilər. Mən onlara etirazımı bildirərək dedim ki, əgər siz mənə qaytarmırsınızsa onda ya qələmlə üstünü cızmalı, ya da kı, qayçı ilə kəsərək yararsız hala salmalısınız. Həmən adam kartı qayçı ilə kəsərək zibilliyə atsa da kağızları fayıla qoyaraq kənara qoydu. Mən artıq işçilərin əməkdaşlarına yaxınlaşdığını görüb mübahisənin yersiz olduğunu anladım və bankı tərk etdim . Görünür bu da soyğunçuluğun bir növüdür və həmən üsulu kəşf edənə əhsən . Ümid edirəm ki, hüquq mühafizə orqanları onların əməllərini araşdıracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.