Azərbaycanda Vençur Kapitalı Fondu yaradılır
29-11-2022, 11:08
· 
Yaradılacağı haqqında xeyli müddətdir danışılan Fondun sabah elan olunacağı gözlənilir
Nəhayət ki, haqqında xeyli müddətdir söhbət gedən Vençur Fondu deyəsən reallaşmaq üzrədir.
Xeyli müddət öncə RİNN özünün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holding” Şirkətlər Qrupu və fərdi sahibkarlarla birgə Vençur Kapitalı Fondunun yaradılacağını bildirmişdi.
Büdcəsinin 10 milyondan çox olacağı gözlənilirdi.
Sabah bu Fondun təqdimatı nəzərdə tutulub.
Məlum olduğu kimi ölkədə vençur maliyyələşmə ilə bağlı qanunvericilik aktlarını indiyədək qəbul etmək mümkün olmayıb.
Hansı ki, qonşu ölkələrdə bu tip məsələlər 4-5 il öncə öz həllini tapıb və startap və innovasiya ekosistemə investisiya yatırılmasında bu tip fondlar böyük rol oynayırlar.
Görünür ki, adı çəkilən qurumlar mövcud qanunvericilik çərçivəsində belə bir fondun yaradılması üçün imkanlar tapıblar.
Hədsiz ləngiməyimizi nəzərə alaraq, bir xeyli də yeni qanun qəbul edilməsini gözləmədən mövcud mexanizmlər çərçivəsində dövlət və özəl sektorun atdığı birgə addımlar təqdirəlayiqdir.
Çox geciksək də belə bir Fondun yaradılması inanıram ki, startap və innovasiya ekosistemin inkişafına, xarici investorların ölkəmizə diqqətinin artmasına, startapların xarici bazarlara çıxışına xeyli kömək ola biləcək.
Osman Gunduz
Teref.az