Vəkil Elçin Əhmədov Naxçıvan MR DİN-də yaşanan qanunsuzluqlarla bağlı DTX-ya məktub yazmağı planlaşdırır.

30-11-2022, 08:15           
Vəkil Elçin Əhmədov Naxçıvan MR DİN-də yaşanan qanunsuzluqlarla bağlı DTX-ya məktub yazmağı planlaşdırır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov Naxçıvan MR DİN-də yaşanan qanunsuzluqlarla bağlı DTX-ya məktub yazmağı planlaşdırır.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün Elçin Əhmədovla əlaqə saxladıq. O, faktı təsdiqlədi.
Qeyd edək ki, Azərbaycan Polis Akademiyasının məzunu olan Elçin Əhmədov Naxçıvan MR DİN-in müxtəlif idarələrində işləmiş və Azərbaycanın casusu müamiləsi ilə qarşılaşmışdır. Mənəni və psixoloji təzyiqlərə duruş gətirə bilməyən Elçin Əhmədov polis orqanlarından uzaqlaşmaq məcburiyyətində qalmışdır. Ona rahat iş tapmaq imkanı vermək istəməyən Naxçıvan MR DİN rəhbərliyi Elçin Əhmədovun əmək kitabçasına xidmətə yararsız maddəsi yazaraq polis orqanlarından uzaqlaşdırmışdır. Faktiki olaraq bir savadlı hüquqşünasın karyerasını məhv etmək yolunu tutmuşdur.
Elçin Əhmədov üzləşdiyi bu haqsızdan sınmamış, Bakıya gələrək, vəkillik imtahanlarına hazırlaşmış və imtahanı qazanaraq vəkillik etməyə başlamışdır. O hazırda VK-nın üzvüdür.
Elçin bəydən DTX-ya yazacağı məktubda əsasən nədən bəhs edəcəyini soruşduq. O, gördüyü nikbü-bədi izhar edəcəyini bildirdi. Söz verdi ki, məktubun bir nüsxəsini də bizə göndərəcək. Səbrsizliklə, onun Naxçıvan DİN-də bir çox cinayətlərin üstünü açacağını düşündüyümüz məktubunu gözləyirik.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru