Hər bir diplomatın qarşısında xüsusi bir görəv də dayanır - Azərbaycanın Qarsdakı konsulunun da çox önəmli missiyası var...
30-11-2022, 09:44
Azərbaycanın Qarsdakı konsulunun da çox önəmli missiyası var, əlbəttə: Vasif Talıbovun iməclik ənənələrini Türkiyəyə daşımaq. İnsafən, Nuru Quliyev bu müqəddəs missiyasını məharətlə yerinə yetirir. Əlinə bel alıb vaxtaşırı Qarsın parklarında ağacların dibini qurcalayır və öz məharətini qürurla Türkiyə mediasında nümayiş etdirir. Nuru Quliyev bu müqəddəs missiyasını elə uğurla yürüdür ki, səlahiyyət müddəti bitməsinə baxmayaraq, Azərbaycan dövləti hələ də onu öz görəvində saxlayır. Görünür, ya Vasif Talıbov ənənələri Azərbaycan XİN rəhbərliyi üçün də olduqca dəyərlidir ki, onu qardaş ölkədə yaymaq eşqinə düşüblər. Ya da Türkiyənin müftə bağbanlara ehtiyacı var və rəsmi Bakı qardaş ölkəyə səfir cildində əbədi bağban hədiyyə edib. Bəs bilirsinizmi, bağban-diplomatın ən mühüm diplomatik başarısı nədən ibarətdir? Yox, bilə bilməzsiniz, icazə verin, mən deyim. Sən demə, Azərbaycanın ən tanınmış diplomatı Nuru Quliyev xanzadə Seymurun müəllimi imiş və onu həmin görəvə şagirdi gətirib. Heyder Oguz Teref.az