Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən 10 manat pul yığılır? - ÖZBAŞINALIQ!

1-12-2022, 16:12           
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən 10 manat pul yığılır? - ÖZBAŞINALIQ!
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığıldığına dair iddialar yayılıb.

TEREF.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir. Pul verməyən şəxslər saatlarla növbədə qalırlar.

Vətəndaşlar səhər saat 09:00-dan gəlsələr də, iki saatdan çox növbədə qaldıqlarına və qeyri-qanuni 10 manat pul toplandığına etiraz ediblər.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-dən Oxu.Az-a bildirildi ki, yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Həmin videogörüntüləri təqdim edirik:

http://baku.tv/embed/65566












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru