Onlar Əlisa Nicat qədərində günahkar deyillər... - VACİB YAZI... REPLİKA
1-12-2022, 16:53

Əlisa Nicat evində üşüyür. Üşüsün... ona bu da azdır. Pafoslu cüümlələrdən-filandan yazıb könlünüzün yumşaqlığına xitab etməyəcəm. Həqiqəttən də... Ona bu da azdır... Vaxtında işini bilməli idi... Lazım idi onaa bu kitablar. Görməmişdi kitabını yandırıb oduna isindiyi böyük millətdaşlarını?
O ki bizə ömrü boyu bundan söz açmışdı...
Ona görə də Əlisa Nica donursa... HAQQ EDİR!
Çünki mənə bu gün Əlisa Nicatdan daha çox Cənab nazir, şagirdlər soyuqdan DONUR! - Hələ qış gəlməyib eee... başlığı ilə verdiyim və Qubaya aid Xaltan kəndində bir şəhidimin adını daşıyan orta məktəbin şagirdlərinin üşüməsi daha çox narahatçılıq yaradan bir hadisədir.
Əlisa Nicatın nəyi qalıb ki?.. Millət olaraq onu sümürmüş... Yerdə qalanı üçün də Bakıdakı qocalar evlərindən birinin bir köşəsi əməlli-başlı çarədir... Amma Qubanın Xaltan kəndinin Şəhid Teymur Şahbazov adına tam orta məktəbinin şagirdlərinin üşüməsinin üstündən hamılıqla keçirik...
Onların adına hesab açmırıq. Onlara görə pul yığımırıq...
Mənim nə vecimə eee... Ölkənin yiyəsi deyiləm ki...
Amma ölkəni YEYƏSİ DƏ deyiləm...
Lütfən... bir hesab da Xaltandan olan şagirdlərin adına açın...
Onlar Əlisa Nicat qədərində günahkar deyillər... Heç günah etməyə fürsət tapmayıblar...
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru