Vasif Talıbovun Naxçıvanda qoyduğu bəzi qadağalar götürüldü

2-12-2022, 00:14           
Vasif Talıbovun Naxçıvanda qoyduğu bəzi qadağalar götürüldü
Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək. Hazırda sözügedən binada mağazanın açılışına hazırlıq işləri görülür.

Bütün market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan süni maneələr artıq aradan qaldırılıb.

Qeyd edək ki, indiyədək Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkələrinin, həmçinin taksi xidmətlərinin Muxtar Respublikada fəaliyyətinə icazə verilməyib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru