Vicdan susanda ədaLət ölür - Ədalət öləndə insanlıq ölür.
2-12-2022, 10:37

Mən özümü bu ölkənin ziyalısı hesab edirəm.. Siyasətlə məşgul oluram, hüquqşünasam, vəkiləm.Və vətəndaşlarımızın ağrı-acısını yaşayan, çiynində daşıyan vətəndaşıyam. Hər kəsin sevinci sevincim, acısı acımdır, agrısı yükümdür.
Çətin yaşayıram . Vətəndaşlarımızın agır durumunu görəndə ürəyim param-parça olur. İşsiz gənclərimiz sanki dag boyda yükdür çiynimdə. Ömrünün ən maraqlı-mənalı günlərini firavan həyat tərzi yaşamalı olan gənclərimiz küçələrdə çöllərdə ac-yalavac, baxımsız. Amma 44 günlük savaşın qalibi onlar. Qayaları qanları ilə yuyaraq Şuşa sevincini bizə bəxş edən onlar. Nədən onlar ehtiyac içində, ehtiyacının intiharını yaşamalıdır. Nədən şəhid ailələri ən qiymətlisini itirdiyi halda bu varlı ölkənin ən qiymətlisinə layiq olmamalıdır. Bu ölkə nə vaxta qədər talanmalıdır. Nə vaxta qədər bu ölkədə saxta seçkilər keçirilməli, bizlərə ana, vətən sözləri yazmagı öyrətmiş müəllimlər saxtakarlığın alətinə çevrilməli, müqəddəs müəllim adını ayaq altına atacaq qədər alçalmalldır Axı mən müəllimlərimlə üz üzə gələndə utandığımdan yolun digər tərəfinə keçirdim ki, onlara yaxınlaşmayım. Müəllimi o qədər müqəddəs bilirdim ki, hesab edirdm ki, müəllim heç çörək yemir. Bu müqəddəsliyə niyə kölgə salındı.Nədən bu ölkənin taleyini həll edəcək insanlar bir yola gələ bilmir, nə maneə olur, nəyi-hansı daşı yerinə düz qoya bilmirik. Nə üçün iqtidar-müxalifət münasibəti sivil deyil. Nə üçün hakimiyyətimiz idarəçiliyin əzmək, aşagılamaq yolunu seçir? Nə vaxta qədər ittiham, hikkə, kin , küdurət davam edəcək? Sən yaxşı yaşayırsan mən niyə yaşamayım? Axı biz bir ölkənin vətəndaşlarıyıq. Birgə sərvətin sahibləriyik. Mənim payımı niyə oğurlayırsan qardaşım? Nə üçün bu ölkədə söyüş, əxlaqsız mübarizə metodu at oynatmalıdır. Nə üçün söyüş, əxlaqsız davranış hər evə, hər ailəyə nüfuz etməlidir.
Bu siyasəti bu hakimiyyət gətirib, trol xidmətini məşğuliyyət kimi həyatımıza bu hakimiyyət yükləyib. Bir bumeranq kimi qayıdır. Olmamalı idi, olmamalıdır. Davam etməməlidir. Kin küdurət o həddədir ki, artıq valideyinlərə görə övladlar, ərə görə həyat yoldaşları ən murdar şərə, böhtana, söyüşlərə məruz qalır. Müxalif düşüncədə olduqlarına görə övladlardan qisas alınır, həbs edilir, işə götürülmür işdən qovulur. Olmaz belə. Dəyərlərimiz tapdalanır. Təəssüf ki, əks tərəfdə bəzən onlara bənzəyir. Qınamaq da olar qlnamamaq da. Hər ikisi ürəyimi qovurur. Axı bu qısa ömür bir daha olmayacaq.Gəldiyi kimi də gedəcək. Axı insan ömür yoluna başladığı andan da həyatının sonuna doğru yola düşür. Nədən bu yolumuz kin kudurət, qovga içində keçsin.
Nədən düşüncələrimiz qılıncla qarşılansın.
Heydər Əliyevi ailə qurması münasibəti ilə təbrik etdim. Həyatlarının sevincli günü təcavüzə məruz qalmışdılar. Xoşbəxt olmaLarını arzuladım. Həmdə atasının rəh bərlik etdiyi hakimiyyəin yaratdığı fəsadların cəzasının onun çəkməməli olduğunu arzuladım. Taleyi oğurlanmış Azərbaycanda deyil firavan Azərbaycanda yaşamasını arzuladım. Şəxsi düşüncələrimi çatdırdım cəmiyyətimizə.Təmsil olundugum Müsavat Partiyasının da apardığı mübarizə yolu budur. Saf,ədalətli, şəffaf, hər cürə nifrətdən kənar bir yol.Rüşvətsiz cəmiyyət, əxlaqlı mübarizə yolu. İndikindən fərqli olan azad firavan bir dövlət quraq. İdiiki kimi bədbin , üzündən gülüşü itmiş insanlar olmasın. Məmurlar oğru olmasın. Şəhid adı çəkiləndə ayaq üstə duraq. Düşüncələrim, arzularım xoş da qarşılandı. Düşüncələrimə qılınc da çəkdilər. Az qala xəyanətkar adlandırılacaq qədər fikirlər səsləndirildi.şantaja qədər yuvarlananlar oldu. Nədən əzizlərim, söyüşə, əxlaqsız davranışa yox dediyim üçünmü? Nəyi satdım, nəyə xəyanət etdim? Mənim fiikirlərimdən, düşüncələrimdən istifadə edərək təmsil olunduğum Müsavat Partiyasına qarşı bir şantaj kompaniyasına, qarayaxmaya başladılar. Və bunu daha çox o şəxslər etdi ki.... Sadəcə lənət şeytana ki, o insanların qəlbinə girib. Mən axı düşüncələrimi Müsavat Partiyası adından səsləndirməmişdim. Belə şantaj, özünə dəyərsizlik baş ucalığı gətirmir axı. Hədsizlik etməyiin. Əgər hakimiyyət indiyə qədər yol verdiyi pisliklərin içindədirsə, bizdəmi elə olmalıyıq, elə düşünməliyik? Mən bu faciə pərdəsinin dövlətimin, xalqımın üzərindən götürülməsini istəyirəm. Hakimiyyətin xarakterini dəyişməsini, xalqımın yanında olmasın istəyirəm. Yox dəyişməsə dəyişəcəyik. Amma söyüşlə yox xalqımızla birlikdə.Hər bir vətəndaşımızın övladının xoş gününü görməsini arzulamışam. Bu məgər süngüiləmi qarşılanmalldır. Sünğü çəkənin birindən statusu oxuyub-oxumamasını soruşdum Dedi oxumamışam. Dedim bəs oxumadığın yazlya necə qiymət verirsən. Əminəm ki, o yazını oxumayıb rəy yazanlar yaz deyib. Bir qismi səbatsızdır, bir qisminə yaz deyiblər yazıb, bir qismi Müsavatı qaralamaq üçün yazıb.
Bu mənim yazım əzizlərim şəxsi düşüncələrim.Yazılan qeyri obyektiv tənqidlərə, şantajlara, qarayaxmalara baxmayaraq o yazımın üstündə dururam. Xalqını xoşbəxt, dövlətini varlı ədalətli və firavan görmək istəyən bir vətəndaşın mövqeyi. Qara niyətlərdən, kindən uzaq durun. Uzaq durun ki, qarşınıza çıxmasın. Belə mübarizədə qazanacagınız yoxdur. Bolşevizm cəhənnəmin arxivindədir. Bu təfəkkürə yox deyin.Deyinki, beyninizi gəmirən soxulcanlardan-parazitlərdən azad olun.Mən peşəkar hüquqşünasam həm də.Sizin yazdıqlarınızın kim tərəfindən yazıldıgını dərhal nüəyyən edirəm Böyük dayaq filmində deyildiyi kimi "Bax bunu da sən yazmısan, bunu da,bunu da" Əxlaqsız siyasətə, söyüşə yox deyin ki, həyatınıza, evinizə soxulmasın.
Bu vətən bizimdir!
Osman Kazimov
Teref.az