“Lukoyl” BTC neft kəməri ilə ixracı dayandırır – Azərbaycan nə qədər itirəcək?

2-12-2022, 11:14           
 “Lukoyl” BTC neft kəməri ilə ixracı dayandırır –
Rusiyanın “Lukoyl” şirkəti Qərbin sanksiyaları səbəbindən dekabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Xəzərdəki neft yataqlarından ixracı dayandıracaq və onları Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminə yönəldəcək.

TEREF.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, dekabrın 5-dən etibarən Avropa İttifaqının embarqosu avropalı alıcılara Rusiya neftinin alınmasını və nəqlini qadağan edəcək.

Qazaxıstan neftinin əsas marşrutu olaraq, CPC neftinin ixracı qadağadan çıxarılıb.

İqtisadçı İlham Şaban qeyd edir ki, bu prosesin Azərbaycana gəlir baxımdan heç bir neqativ təsirləri olmayacaq.

“Lukoyl şirkəti Azərbyacanda bir il ərzində təqribən bir milyon ətrafında neft daşıyır. Nəzərə alsaq ki, dekabr ayında neft həcmləri dayanır, bu Azərbaycan üçün çox ciddi dəyişiklik olmayacaq”.

Lukoyl şirkəti tərəfindən təmin olunan neft Qazaxıstan neft ilə kompensasiya olunacaq.

“Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru xətti üzərindən kiçik miqdar da daşınırdısa, yanvar ayından neftin həcmi artacaq. 2023-cü il üçün sözügedən boru xətti üzrə daşınan neftin həcmi 1,5 milyon olacaq. Nəinki tranzit nəqlinə görə gəlirləri yenidən əldə edəcəyik, həmçinin neftdən gələn gəlirləri 50% artırmaq haqqımız olacaq. Məsələnin multieffekti bununla bitmir.

Daşınma şirkəti gəlirləri ilə yanaşı, Azərbaycandan neft daşıyan tankerlər, sahilyanı infrastruktur xidmətindən də əldə olunan qazanc artacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.