Minlərlə sərnişini yollarda qoyan problem həll olundumu? – YENİLƏNİB

3-12-2022, 12:19           
Minlərlə sərnişini yollarda qoyan problem həll olundumu? – YENİLƏNİB
Xəbər verdiyimiz kimi, bu səhər “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobuslarının ödəniş aparatlarında problem yarandığı üçün avtobuslar xəttə buraxılmayıb.

Globalinfo.az bildirir ki, nəticədə minlərlə sərnişinlər yolda qalıb.

Şirkətdən saytımıza verilən məlumata görə, artıq əksər avtobuslarda yaranmış problemlər aradan qaldırılıb.

***08:19

“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobuslarının ödəniş aparatlarında problem yaranıb.

Globalinfo.az-a şirkətdən verilən məlumata görə, problem gecə saatlarında “BakıKart” üzrə operator şirkət (K Group MMC) bütün avtobuslardakı ödəniş aparatlarına yeni proqram yüklədikdən sonra ortaya çıxıb.

“Səhər avtobuslarımızı xəttə verəndə məlum olub ki, proqramda problem var. Bütün xəttlər üzrə əksər avtobuslar işə çıxa bilməyib, hazırda minlərlə sərnişin yollarda qalıb. Bu problem ilk dəfə deyil ki, yaradılır və özəl daşıyıcı şirkətə böyük maddi ziyan vurur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru