İş axtarmaq istəyərkən işə düşdü: Külli miqdarda vergi borcu… – VİDEO

7-12-2022, 08:48           
İş axtarmaq istəyərkən işə düşdü: Külli miqdarda vergi borcu… – VİDEO
Göyçay rayon sakini Rəsul Mansurov adına vergi borcu yazıldığını iddia edib.

Teref.az “XezerXeber”-ə istinadən xəbər verir ki, o, iş axtarmaq istəyərkən belə vəziyyətə düşdüyünü deyib.

Pandemiya dövründə işsiz qalan Rəsul Mansurov vatsapda yaradılmış işədüzəltmə qruplarından birinə qoşulub. Qrupda paylaşılmış bir elan onun diqqətini çəkib.

Danışıqlardan sonra ona işləyəcəyi deyilib. İş üçün deyilən obyektə gedən vətəndaş gözləmədiyi vəziyyətlə üzləşib. Adına VÖEN açıldığını, külli miqdarda vergi borcunun yarandığını öyrənib.

Rəsul Mansurovun sözlərinə görə, vəziyyətin ciddiliyini məhəkəmədən yaşadığı ünvana göndərilən məktubdan anlayıb.

Mövzu ilə bağlı hüquqşünanslar bildiriblər ki, belə vəziyyətlə qarşılaşanlar hüquq-mihafizə orqanlarına müraciət etməlidirlər. Bundan sonra dələduzluq etdiyi iddia edilən şəxslər barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açıla bilər.

Daha ətraflı “XezerXeber”in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru