Azər Zeynalovun oğlu Yadullaya niyə fərqlənmə attestatı verilib?
7-12-2022, 08:16

Yadulla İbn Azərə niyə fərqlənmə attestatı verilib?
Yəqin yadınızdadır, bir müddət əvvəl Vasif Talıbovun qardaşı olan Məhərrəmin oğlu Elnura Azərbaycan dili dərsindən iki yazdığına görə müəllimə vətən xaini elan edilib Naxçıvandan çıxarılmışdı.
Qara Pişiyin dediyinə görə, Naxçıvan təhsilində bu cür qeyri-adi hadisələr ilk dəfədir baş vermir. Qeyri-adi hadisələrdən biri Azər Zeynalovun oğlu Yadullann təhsil həyatında da baş verib.
TEREF.AZ yazır ki, bunu jurnalist Heydər Oğuz yazır. Daha sonra jurnalist yazır:
"Zeynalov Yadulla 8 nömrəli məktəbi 4 qiyməti ilə bitirib. Buna baxmayaraq ona fərqlənmə attestatı verilib. Bu yeni nazir Rəhman Məmmədovun vəzifəyə təyin olunduqduqdan qısa müddət sonra Azərə jesti idi".
İnsafən, "Qara Pişik" də bu mükafatlandırmada qeyri-adilik görmür. Onun fikrincə, Yadullaya bu fərqlənmə attestatı sinif yoldaşları ilə müqayisədə verilməyib: "Yadulla öz savadına və attestat qiymətinə görə həqiqətən də Məhərrəm və Vasif Talıbovların övladlarından fərqlənib. Hər halda o, Məhərrəmin gül balası kimi "2" almayıb. Fərqləndirmə də məhz buna görə aparılıb. Axı o, rəiyyət balası deyil ki, kasıb-kusub övladı ilə müqayisə edilə. Yadulla əsilzadə övladı olduğundan müqayisəsi də xanzadələrlə aparıla bilərdi və aparılıb. Rəhman müəllimi niyə qınayırsınız?".
Teref.az