Pendir istehsalçısından sonra “İKT şirkəti” də Polis Akademiyasının fasadını yuyacaq

8-12-2022, 00:11           
Pendir istehsalçısından sonra “İKT şirkəti” də Polis Akademiyasının fasadını yuyacaq
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bina və tikilillərin fasadlarının yuyulması ilə bağlı keçirdiyi daha bir tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 42 min 892 manat 80 qəpik olan tender müsabiqəsinin qalibi “Xəmsə HH 22” MMC (VÖEN- 1505809961) olub.

Məlumat üçün bildirək ki, “Xəmsə HH 22” MMC yeni yaranıb. 16.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınan MMC cəmi bir ay sonra Polis Akademiyasının keçirdiyi tenderdə qalib olub. “Xəmsə HH 22” MMC proqram təminatlarına servis xidməti göstərib və qarşılığnda 49 min manat alıb. Maraqlıdır ki, “Xəmsə HH 22” MMC daha sonra Ekologiya İnistitutu üçün “CİS texnologiyasından istifadə etməklə Böyük Qafqazın şimal-şərq yamacında landşaft-ekoloji vəziyyətin qiymətləndirilməsi”nə dair elmi xidmətlər göstərib və qarşılığında 22 min 400 manat alıb. Bunlardan başqa Polis Akademiyasına döş nişanları da satıb. Hazırda isə qeyd etdiyimiz kimi Akademiyada bina və tikililərin fasadını yuyacaq.

Qeyd edək ki, Polis Akademiyası bu il fasadın yuyulması ilə bağlı bir-neçə dəfə tender keçirib.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.