Baş Prokurorluq ictimaiyyətə videomüraciət edib

11-12-2022, 00:17           
Baş Prokurorluq ictimaiyyətə videomüraciət edib
Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı ictimaiyyətə videomüraciət edib. Bu barədə Baş Prokurorluğun feysbuk səhifəsində məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, birinci dərəcəli hüquqşünas Aynur Əfəndiyeva qadınlara qarşı psixi və fiziki zorakılığın sağlam cəmiyyət üçün təhdid olaraq qaldığını deyib.

"2022-ci ilin ön dövrü ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 79 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır. Susaraq cinayətə ortaq olmayın! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur", - müraciətdə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru