98 yaşlı milyarder insanları paxıl olmamamğa çağırıb

12-12-2022, 09:58           
98 yaşlı milyarder insanları paxıl olmamamğa çağırıb
Öz sərvətini heç vaxt başqalarının sərvəti ilə müqayisə etmədiyini iddia edən amerikalı milyarder Çarli Mungerin fikrincə, dünyada xəsislik deyil, paxıllıq hakimdıir.

Cebhe.info xəbər verir ki, onun sözlərinə görə, var-dövlət dalınca getmə motivi həmişə müstəqilliyi, işdə və həyatda istədiyini etmək azadlığını təmin etmək olub. Münger daha çox insanın ondan nümunə götürməsini istəyib: “Dünya xəsisliklə idarə olunmur. Bu, qısqanclıqdan qaynaqlanır".

Sərvəti “Forbes” tərəfindən 2,2 milyard dollar dəyərində qiymətləndirlən 98 yaşlı milyarder əlavə edib ki, insanlar asanlıqla və tez-tez paxıllıq edirlər. O qeyd edib ki, insanda hər zaman sahib olduğu şeylər çatmır.

“Həyatımda paxıllığa qalib gəlmişəm. Mən heç kimə paxıllıq etmirəm”, - Munger deyib. “Başqasının nəyə sahib olduğu məni maraqlandırmır. Amma bu, başqalarını dəli edir”,-deyə o əlavə edib.

Təbii ki, milyarder olanda bunu demək daha asandır.

2017-ci ildə Munger müsahibəsində biznesdə həmişə "paxıllıq və qısqanclıq" hiss etməməyə çalışdığını deyib. Əlavə etdi ki, bu cür düşüncələr karyeraya zərər verə bilər: “Çünki sizin pis nəticələnə biləcək qərəzli qərarlar vermək ehtimalınız yüksəkdir”.

2018-ci ildə aparılan bir araşdırma paxıl insanların psixi sağlamlıq və rifah halının daha pis olduğunu göstərib. Sosial media da paxıllıq və materializm hisslərini artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru