AB-dən qərar: Ukrayna üçün 18 milyard ayrıldı

13-12-2022, 12:01           
AB-dən qərar:
Avropa Birliyi Ukraynaya 18 milyard avro ayıracaq.

Axar.az xəbər verir ki, bu barədə Çexiyanın AB-dəki nümayəndəliyindən məlumat verilib.

“AB ölkələrinin daimi nümayəndələri 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını yekdilliklə təsdiqləyiblər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Avropa Komissiyası noyabrın 9-da Ukraynaya növbəti il ​​üçün 18 milyard avro makromaliyyə kredit dəstəyi proqramını təklif etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.