285 milyon dollarlıq MMC barəsində protokol hazırlandı - Direktoru görün kimdir

13-12-2022, 11:59           
285 milyon dollarlıq MMC barəsində protokol hazırlandı - Direktoru görün kimdir
"Kaspian Drilinq Kompani" MMC məhkəməlik olub.

TEREF.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət barəsində Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan) protokol hazırlanıb.

Hazırlanan protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilib.

Bildirək ki, nizamnamə kapitalı 285 milyon dollardan çox olan (285845692.34 Dollar) şirkətin qanuni təmsilçisi, baş direktoru Axundov Fərid Əflatun oğludur.

Qeyd edək ki, Kaspian Drilinq Kompani şirkəti, Pay Bölgüsü müqaviləsinin imzalanmasından sonra, Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə, 1996 ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (55%) ilə Amerika Birləşmiş Ştatlarının SantaFe/GlobalSantaFe/Transocean şirkəti (45%) arasında yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru