Deputat da Gömrük Komitəsini qınadı... - "Doğru deyil..."

25-03-2023, 12:17           
Deputat da Gömrük Komitəsini qınadı... -
Milli Məclisin deputatı Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsinin vətəndaşın gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumata görə tənqid edilməsinə münasibət bildirib.

TEREF.AZ-ın məlumatına görə, deputat Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, dövlət qurumları məlumat yayarkən çox diqqətli olmalıdırlar.

C.Məmmədov qeyd edib ki, hansısa məlumatların yayılması zamanı bu kimi nüanslar ciddi şəkildə nəzərə alınmalıdır: “Burada söhbət həm də vətəndaşları maraqlandıran, onları düşündürən məsələlərdən gedir. Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib paylaşılması doğru deyil. Bu, ya anlaşılmazlıqdan, ya da diqqətsizlikdən olub. Aidiyyəti qurumlar belə məsələlərdə daha diqqətli olmalıdırlar ki, sonrakı mərhələdə bu cür müzakirələr aparılmasın. Bir sıra hallarda bu cür müzakirələr digər qonşu dövlətlərin də diqqətini çəkmiş olur. Hansısa dəqiq məlumat varsa, məsələ araşdırılmalıdır. Məlumatların dəqiqləşdirilməsi və araşdırılması üçün hazırda texniki imkanlar kifayət qədər yüksəkdir. Bu kimi addımları atarkən xüsusi həssaslığın nümayiş etdirilməsi önəmlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru