Naxçıvanda vəziyyət dahada pisləşib: "Şərur bazarında qiymətlər qaldırılıb..."

26-05-2023, 10:08           
Naxçıvanda vəziyyət dahada pisləşib:
Şərur şəhərindəki bazar kompleksi Bakının nəzarətinə keçdikdən sonra qaydalar sərtləşdirilib, ticarətçilərdən alınan yerpulu iki dəfə qaldırılıb. Yeni qayda kompleksdə olan ticarət mərkəzinə də şamil olunur. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a bazarda çalışan bir qrup tacir məlumat verib. Onların sözlərinə görə, yeni dəyişiklikdən sonra əhaliyə satılan bütün növ mal və məhsulların da qiyməti bahalanıb.
Bazar kompleksi və buradakı ticarət mərkəzi əvvəllər Naxçıvan Ali Məclsinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinin tabeliyində idi. V. Talıbov vəzifədən getdikdən sonra, ailəyə aid olan bütün obyektlərdə olduğu kimi bu kompleksdə də əl dəyişib. Kompleksin yeni sahibinin kim olduğu dəqiq bilinmir
Tacirlər deyir ki, əvvəllər yüksək məbləğ ödəyib, özəlləşdirdikləri dükanlar da onların əlindən alınır:
„Bu dükanlara 2010-cu ildə özəllişdirmək üçün böyüklüyündən asılı olaraq 30-40 min manat pul ödəyənlər olub. Lakin, o vaxtkı bazar sahibləri səndləşmə aparılmasını bu günə qədər yubadıb. Hazırkı sahibkar isə mağazaların bazara aid olduğunu bildirir və belə olsa, verdiyimiz pullar da batır”.
Tacirlərlərdən Cavid Məhəmmədov bildirir ki, məsələ ilə bağlı Şərur rayon İcra Hakimiyyətinə müraciət etsələr də, çıxış yolu tapılmayıb:
“Əvvəllər 25, 30 kvadrat olan dükana 300-400 manat aylıq ödəyirdik. Bütün digər, yəni DSMF, kommunal, vergi xərclərini bazar üzərinə götürmüşdü. Bu yaxında Bakıdan yeni rəhbər göndərdilər. O, Hacı Qaşım kimi tanınan, əslən Şərurdan olan Qasım Məmmədovdur. Kimin adamı olduğunu dəqiq bilmirik. O gəldikdən sonra bizdən 600 manat aylıq yerpulu istədilər. Bundan başqa digər xərcləri də bizim üzərimizə qoymağa çalışdılar. Etiraz etdik, icra hakimiyyətinə şikayətə getdik. Icra hakimiyyətindən söz verdilər ki, yerpulları əvvəlki qaydada saxlanılacaq, lakin digər xərcləri özümüzün ödəməli olacağıq. Digər xərclər isə ən azı 200-300 manat edir. Nəticədə yenə də əvvəlkindən iki dəfə artıq ödəməli olacağıq”.
Mələsəyə münasibət öyrənmək üçün Şərur rayon İcra hakimiyyəti ilə əlaqə saxıladıq. İcra hakimiyyətindən „Gündəlik Naxçıvan“a bildilər ki, bazarın yeni rəhbərliyi ilə tacirlər arasındakı problemləri yoluna qoymağa çalışırlar.
Teref.az











Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.