Bir müddət öncə də bu haqda məsələ qaldırılmışdı, amma hələ də bu adlar gizlidir
26-05-2023, 10:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 29 şirkətə bütün vergilərdən azad edilmək üçün texnopark rezidenti statusu verib. Bu güzəştlər paketi ötən ilin sonu Prezidentin fərmanı əsasında İKT sektorunun, ekosistemin inkişafına təkan vermək üçün qəbul edilib. Vençur fondundan investisiya alan startaplarda olduğu kimi, bu İKT güzəştlərini əldə edən şirkətlərin də adlarını İRİA açıqlamayıb. Bir müddət öncə də bu haqda məsələ qaldırılmışdı, amma hələ də bu adlar gizlidir. Əvəzində isə bu güzəştlərə iddia edən şirkətlər maraqlı faktlar açıqlayırlar Osman Gunduz Teref.az