İqtisadçı: "Lirəni stabilləşdirmək üçün asan olmayacaq"

6-06-2023, 11:34           
İqtisadçı: "Lirəni stabilləşdirmək üçün asan olmayacaq"
Türkiyə lirəsi dollara nisbətən yenidən dəyər itirib.
Bu barədə fikir bildirən deputat Vüqar Bayramov bildirib ki, son 1 ayda 8 faiz ucuzlaşan Türkiyə
pulunun çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb.
V.Bayramovun sözlərinə görə, hazırda 1 ABŞ dolları almaq üçün 21.22 lirə ödəmək lazımdır:
“Hətta sektorda kifayət qədər güvənli hesab edilən Mehmet Simşekin maliyyə naziri təyin
olunması belə lirənin ucuzlaşmasının qarşısını ala bilmədi.
Seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Seçkinin başa çatmasına baxmayaraq
Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici
valyuta təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi
minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır”.
Parlamentari qeyd edib ki, bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə
daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir.
Parlamentari qeyd edib ki, bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə
daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir:
“Aydındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta
stabilliyinə nail olmaq zaman alacaq. Ancaq, yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə
təyinatlar ortamüddətli dövrdə stabilliyə nail olmaq imkanlarını xeyli genişləndirir. Görünən odur
ki, yeni kabineti qarşıda heç də asan olmayan çağrışlar gözləyir”.
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.