Binə sakinlərinin avtobus problemi həll yolunu tapmır - VİDEO

7-06-2023, 11:04           
Binə sakinlərinin avtobus problemi həll yolunu tapmır - VİDEO
Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin sakinləri əraziyə avtobus işləməməsindən şikayətçidir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirib ki, qəsəbəyə təyin olunan avtobus cəmi 3-4 gün işləyib.

Onlar iddia edir ki, avtobusun normal işləməməsinə səbəb ərazidə həm də kiçik həcmli şəxsi avtobusların xidmət göstərməsidir.

Məsələ ilə əlaqədar daşıyıcı şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, 168 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların yaxşılaşdırılması ilə bağlı daşıyıcıya bir neçə dəfə xəbərdarlıq edilib.

Bununla yanaşı marşrut xətti qanunvericiliyin tələbinə uyğun olaraq müsabiqəyə də çıxarılıb. Lakin digər daşıyıcılar tərəfindən maraq olmadığından sərnişindaşımaları yenidən əvvəlki daşıyıcıya həvalə edilib.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru