Türkiyəyə səfər etmək yayda daha sərfəli olacaq - təbii ki, AZAL-ın nəfsi imkan versə

8-06-2023, 00:08           
Türkiyəyə səfər etmək yayda daha sərfəli olacaq -
Seçkidən sonra lirə mütləq dəyərdən düşəcəkdi, qalib Kılıcdaroğlu olsa da düşəcəkdi, lirənin dərdi daha dərindir, iqtidarlı-müxalifətli pafosun, populizmin, vəədlərin son günlərdəki ucuzlaşmada payı olsa da, əsas səbəbləri obyektiv və subyektiv olaraq ayırmaq olar:
Obyektiv səbəblər - Türkiyənin enerjidən kəskin asılılığı, kovid oyununun 3 il (2020-22) Türkiyənin əsas gəlir mənbəələrindən biri olan turizmi kəskin vurması, ixracatın artımının idxalı da artırması kimi amilləri göstərmək olar.
Subyektiv səbəblər: Erdoğanın kobud səhvləri, "Damad ekomomisi" dövrü, Mərkəzi Bankın müstəqilliyinin və subyektivluyinin əlindən alınması, Erdoğanın, "Faiz səbəb - inflyasiya nəticədir", heç bir məntiqi olmayan israrı, iqtisadi institutların zəifləməsi, məhkəmənin müstəqilliyinə kölgə düşürülməsi, populist "solvari" siyasət, dövlət xərclərinin kəskin artırılması, son 4 ildə durmadan (təqribən 1 trilyon lirə), heç nə ilə qarşılanmayan pul çap edilməsi.
Yəni, bu gün görünən son 10 ilin kobud səhvlərinin təzahürüdür.
Yaxşı, bunun manata təsiri varmı: Yoxdur, manatın öz balaca dünyası, üzdüyü kiçicik neft gölməçəsi, inzibatı qaydalarla tənzimlənən həyatı var.
Xub, bəs Azərbaycana təsiri varmı: İnhisarçı iqtisadiyyat olmasa idi, hətta pozitiv təsiri olacaqdı, Türkiyə malları kəskin ucuzlaşacaqdı. Amma bir müsbət təsiri var, o da vətəndaşlar üçün Türkiyəyə səfər etmək yayda daha sərfəli olacaq - təbii ki, AZAL-ın nəfsi imkan versə. Belə...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru